24.10.2013

Azərbaycan Respublikasının Prezidenti “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

2012 – 2013 – cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında  Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013 – cü il tarixli sərəncamlarına müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 19 ümumtəhsil məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, 37 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109 – cu maddəsinin 32 – ci bəndini rəhbər tutaraq “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007 – ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1 – ci hissəsinə uyğun olaraq “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 (beş min) manat məbləğində, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılırlar.