24.10.2013

Təlim kurslarina cəlb olunan müəllimlərin nəzərinə!

Azərbaycan Respublikası Təhsil nazirinin “Təlim kurslarının təşkili barədə” 18.07.2013 – cü il tarixli, 745 nömrəli əmrinin icrası ilə əlaqədar Təhsil Sektorunun İnkişafı üzrə ikinci Layihənin (TSİL) “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” adlı II komponentinin icra planına uyğun olaraq, 2013 – 2014 – cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin ibtidai, V – VI siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə BŞTİ – nin müdiri Nailə Rzaquliyeva 23 iyul 2013 – cü il tarixində əmr imzalayıb. Əmrə müvafiq olaraq 2013 – 2014 – cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin ibtidai, V – VI siniflərdə dərs deyəcək və indiyədək təlimlərdən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə 60 akademik saatlıq təlim kursları təşkil edilir. Bakı şəhərində təlim kursları TSİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır. Təlim kursları müxtəlif fənlər üzrə avqustun 5 – dən başlayaraq sentyabrın 14 – dək davam edəcək.

 

Təlim kursunu müvəffəqiyyətlə başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sertifikat veriləcək.

 

Təlim kursuna cəlb olunan müəllimlər kursların qrafiki və məkanı barədə məlumatı BŞTİ – nin saytının baş səhifəsində yaradılan “Təlim kursları” linkinə daxil olmaqla əldə edə bilərlər.