24.10.2013

Sənəd qəbulu başa çatdi

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə Azərbaycan Respublikası təhsil nazirinin verdiyi əmrə müvafiq olaraq 20 iyul 2013 – cü il tarixindən başlayan ərizə qəbulu avqust ayının 20 – də başa çatdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün yaradılan komissiyalar 5 avqust 2013 – cü il tarixindən Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə fəaliyyətə başlayıb.


Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələləri ilə hər birində 5 nəfər olmaqla təcrübəli pedaqoq və mütəxəssislərdən ibarət 8 komissiya məşğul olur. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün keçirilən müsahibə həftənin 5 günü saat 9:00 – dan 18:00 – dək davam edəcək.
2013 - cü il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlarla aparılan müsahibə sentyabrın 10 – da başa çatacaq.