24.10.2013

Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 10 - da Hyatt Regency otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.


Konfransda məktəb direktorları, qabaqcıl müəllimlər, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunlar iştirak edib.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov çıxış edib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd  Bayramovun “2012 - 2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında 2012 – 2013 - cü tədris ilində “İlin ən yaxşı  ümumtəhsil  məktəbi” müsabiqəsinin qalibi olan 220 nömrəli  tam orta məktəbin  direktoru Almaz Əsgərova, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin direktoru Elçin Mehdizadə, 98  nömrəli  tam orta  məktəbin  məzunu, 700  bal  toplamış  Osman  Müslümovun  atası  Məmmədhüseyn Müslümov, 258 nömrəli tam orta məktəbin məzunu - 700 bal toplamış Məhəmməd İsmayılov, 2012 - 2013-cü tədris ilində “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi seçilmiş 42 nömrəli tam orta məktəbin müəllimi Natəvan Hacıyeva çıxış edib.


Konfransın sonunda Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilib və konfransın qətnaməsi qəbul olunub.