10.01.2014

Fənn olimpiadalarının ikinci turu

Yanvarın 12-si Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turu keçiriləcəkdir.
Şəhər mərhələsinin II turunda 15 dekabr tarixində Bakı şəhərinin məktəbləri arasında keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcəkdir. Fənn olimpiadalarının şəhər mərhələsinin II turu IX - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə təşkil ediləcəkdir.
“Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turunun keçirilməsi barədə müvafiq əmr verilmiş və yarışın yüksək səviyyədə keçirilməsini təşkil etmək üçün Təşkilat Komitəsi yaradılmışdır.
Qeyd edək ki, olimpiada saat 10:00-da, 258 saylı orta məktəbdə baş tutacaqdır.