22.01.2014

İxtisasartırma mövzusunda dəyirmi masa

           Yanvarın 21-i Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müəllimlərin ixtisasartırma təhsilinin təşkili barədə dəyirmi masa keçirilmişdir.
            Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil Problemləri İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Mədət” Təşkilatının nümayəndələri iştirak etmişdir.
   Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müəllimin fasiləsiz hazırlığı sisteminin əsas istiqamətlərinin, məzmununun və inkişafının necə müəyyən edilməsi, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının inkişaf etdirilməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması barədə danışılmış, ortaya çıxan suallar mütəxəssislər tərəfindən müzakirə edilmişdir.
Qeyd edək ki, ixtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.