24.04.2014

VII Beynəlxalq Ahmet Yeşil Rəsm Müsabiqəsi

Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi nəzdindəki Özəl Mersin Təbiət Təmayüllü İbtidai Məktəb 5-13 yaşlı uşaqlar arasında “VII Beynəlxalq Ahmet Yeşil Rəsm Müsabiqəsi” elan edir.

Müsabiqə üç yaş qrupu üzrə – 5-7, 8-10, 11-13. -  keçiriləcək.

İş 35-50 sm olan rəsm kağızı üzərində olmalıdır. İştirakçılar mövzu, texnika və material seçimində sərbəstdirlər.

İştirakçılar aşağıda göstərilən formanı doldurmalı və rəsm işinin arxasına birləşdirməlidirlər. Ad və soyadsız rəsm işləri qəbul olunmayacaq. 

Rəsm işləri başqa birinə məxsus olmamalı, hansısa bir əsərin köçürməsi və ya saxtası olmamalıdır. Hər bir valideyn bu şərtləri qəbul  etməlidir.

Hər bir iştirakçı müsabiqəyə yalnız bir rəsm əsəri göndərə bilər.

Müsabiqəyə göndərilən rəsmlər geri qaytarılmayacaq. Kollecin müxtəlif tədbirlərində sərginlənə bilər. Türkiyə Respublikasının 5846 bəndli qanununa əsasən iştirakçıların, mükafat alıb almamasında asılı olmayaraq, müəllif hüquqları Mersin Doğa Kolleci tərəfindən qorunacaqdır.

 

 

Age group and Date of Birth/Yaşı və doğum tarixi:

 

Student’s name and surname /Şagirdin adı və soyadı:

 

School (Adress:Town, City, Country)/Məktəb (Ünvan: şəhər, ölkə):

 

Home address /Ev ünvanı:

 

e-mai (student, school)/Şagirdin və məktəbin e-maili:

 

Telephone (Home/School)/ Telefon (ev/məktəb):

 

Fax: (Home/School)/ Fax (Ev/Məktəb):

 

Country name/Ölkənin adı:

 

 

 

 

 

 

Mükafatlar:

 

5-7 yaş qrupu                                         

8-10 yaş qrupu                                       

11-13 yaş qrupu                                       

1.      Vestel ONYX Tablet PC

WIFI VP10

2.      Fotoaparat

3.      I-pod

 

1.      Vestel ONYX

Tablet PC

WIFI VP10

2.      Fotoaparat

3.      I-pod

 

1.      Vestel ONYX

Tablet PC

WIFI VP10

2.      Fotoaparat

3.      I-pod

 

 

 

 

       Müsabiqə cədvəli:

 

1.      Yalnız 22 may 2014-cü il tarixinədək Özəl Mersin Doğa Kollecinə göndərilən rəsm əsərləri qiymətləndiriləcək.

2.      Müsabiqə 24 may 2014-cü il tarixində Özəl Mersin Doğa Kollecinin həyətində keçiriləcəkdir.

3.      Qaliblərin adları 26 may tarixində məktəbin web-saytında yerləşdiriləcək.

4.      Mersin şəhərinə gedə bilən qaliblər 6 iyun 2014 il tarixində Mersin Mədəniyyət Mərkəzində mükafatlandırılacaqlar.

5.      Mersin Doğa Kolleci mükafatlandirma tədbirində iştirak etmək istəyən qaliblərin 2 gecəlik Mersində qalmaq xərcinin tam ödənişini öz öhdəsinə götürür. Gediş - dönüş xərclərini isə iştirakçı özü ödəməlidir.   

 

Ünvan:

Private Mersin Doga College

Gökçebelen Mah.33195 Sk.Kapı No:1

Yenişehir/Mersin/Türkiye

Tel: 090 (324)473 24 21 (4 lines)

Fax:  090 (324)473 24 25

 

www. mersindogakoleji.com

mersindogakoleji@gmail.com

ahmetyesil33@ttmail.com

www. ahmetyesil.com