24.04.2014

Üzeyirli günlər

Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə aprelin 18-də 3-cü sinif şagirdlərinin  iştirakı ilə "Üzeyirli günlər" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Tədbirin birinci hissəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında tarixi faktlar iştirakçıların nəzərinə çatdırılmışdır.

İkinci hissədə isə şagirdlərə milli-mənəvi dəyərlərimizi aşılamaq məqsədilə dahi bəstəkarın əsərlərindən nümunələr,  xüsusən də  "Arşın mal alan" operettasından  parçalar, səhnəciklər nümayiş etdirilmişdir.

Daha sonra şagirdlərin iştirakı ilə Üzeyir Hacıbəyovun ev muzeyinə ekskursiya təşkil edilmiş, muzeyin kinosalonunda şagirdlər  "O olmasın, bu olsun" filminə və dahi bəstəkarın həyatına dair sənədli filmə baxmışlar.