30.04.2014

DÖRDNÖVÇÜLÜK ÜZRƏ YARIŞ BAŞA ÇATDI

25 - 26 aprel 2014 - cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarış keçirilmişdir.
Qızlar arasında yarışın nəticəsinə görə, I yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, II yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, III yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası tutmuşdur.
Oğlanlar arasında yarışın nəticəsinə görə I yeri Nizami rayonu 214 nömrəli tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 319 nömrəli tam orta məktəbin komandası tutmuşdur.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar) və dördnövçülük (qızlar və oğlanlar) növləri üzrə yarışlarından sonra Qaradağ rayonu 29 xalla I, Nizami rayonu 29 xalla II, Nərimanov rayonu 34 xalla III yerləri tutur.