30.04.2014

“Hər kəsə bərabər imkanlar yaradaq”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra məktəbdənkənar təhsil müəssiləri tərəfindən Bakı şəhərində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün internat müəssisələrində “Hər kəsə bərabər imkanlar yaradaq” adlı layihə həyata keçirilir.

Hal – hazırda layihə çərçivəsində 14 internat məktəbində 1590 uşaq əhatə olunmaqla “Şahmat”, “Bədii yaradıcılıq”, “Tarix”, “Yol hərəkəti qaydaları”, “İbtidai texniki modelləşmə”, “Ekopark - ekskursiya”, “Gənc dizayner”, “Xalq rəqsləri”, “Bacarıqlı əllər” və “Dram” üzrə hazırlıq məşğələləri təşkil edilir.

Qeyd edək ki, daimi keçiriləcək bu layihənin əsas məqsədi internat məktəblərində istedadlı uşaqların davamlı şəkildə aşkar olunması və onların inkişaf etməsidir.