05.05.2014

Əcnəbi şagirdlərlə görüş

1 may 2014 – cü il tarixində 216 saylı tam orta məktəbdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə məktəbdə təhsil alan xarici ölkə vətəndaşları olan şagirdlərlə görüşmüşdür.

Görüşdən sonra BMTQAK - ın nümayəndələri, məktəb rəhbərliyi və əcnəbi şagirdlərin valideynlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada xarici ölkə vətəndaşları olan valideynlər, məktəbin praktik psixoloqu və məktəb müəllimləri tərəfindən müzakirələr aparılmış, maraqlı fikirlər söylənilmişdir. Tədbirin gedişində məktəbin müəllimləri həmin şagirdlərə dərsdən sonra təmənnasız əlavə dərslər keçməyi öz öhtələrinə götürdüklərini bildirmişlər.

Dəyirmi masada BMT – nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri məktəbdə təhsil alan əcnəbi şagirdlər üçün yaradılmış şəraitdən razı olduqlarını qeyd etmişlər.

Qeyd edək ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd məktəbdə təhsil alan xarici ölkə vətəndaşları olan şagirdlərin təhsilə marağı, məktəbdə onlara yaradılmış şərait, yerli şagirdlərlə onların arasında olan münasibətlərin vəziyyətini öyrənmək və onların problemlərinin həlli yolarını müzakirə etmək olmuşdur.