21.05.2014

Sınaq qiymətləndirilməsi ilə bağlı müəllimlərlə görüş davam edir

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsiilə bağlı Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə keçirilən görüşlər davam etməkdədir. Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən müəllimlərin sualları cavablandırılır, sınaq qiymətləndirilməsinin məqsədi və mahiyyəti haqqında ətraflı məlumat verilir.

Artıq Səbail, Yasamal, Binəqədi, Suraxanı və Xətai rayonları üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşlər keçirilmişdir. Bu gün Nəsimi rayon məktəbləri üçün müəllimlərlə görüş 159 saylı məktəbdə saat 11:00 – da, Xəzər rayonu məktəbləri üçün müəllimlərlə görüş isə 183 saylı məktəbdə saat 15:00 – da olacaq.

Qeyd edək ki, mayın 22-si Nizami rayonu məktəbləri üçün 210 saylı məktəbdə (11:00), Qaradağ rayonu məktəbləri üçün 273 saylı məktəbdə (15:00), mayın 23-ü Nərimanov və Pirallahı rayon məktəbləri üçün 258 saylı məktəbdə (11:00), Sabunçu rayonu məktəbləri üçün 271 saylı məktəbdə (15:00) görüş keçiriləcəkdir.