09.06.2014

Tennis festivalı keçirilib

İyunun 2 - də Bakı Tennis Akademiyasında Ümumdünya Səhiyə Təşkilatının "Siqaretə yox deyək" və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tennis festivalı keçirilib. Respublika Bədən Tərbiyəsi İdman Mərkəzinin və 7 № -  li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda 5 - 16 yaşadək olan tennisçilərin mübarizəsində 120 - dən çox idmançı qüvvəsini sınayıb. 5 - 8 yaşlı idmançılar estafet, böyüklər isə açıq kortlarda məharətlərini nümayiş etdiriblər. Sonda qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.