15.06.2014

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndilrilməsi barədə

Əziz müəllimlər! 

4 gün davam edən Sınaq Qiymətləndirilməsi başa çatdı. 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak etdi.

Hazırda Cavab Kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini saytımızda yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq Qiymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da saytımızda və FB səhifəmizdə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Qarşıdan gələn Qurtuluş Günü münasibətilə hamınızı təbrik edir və Sizlərə xoş istirahətlər arzulayırıq!