19.06.2014

MÜRACİƏT

Əziz müəllimlər!

 

Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq Sınaq Qiymətləndirilməsinin nəticələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınmışdır. Nəticələr ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəksiniz.

Sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngitmişdir.

Qeyd edək ki, hazırda nəticələrin emalı prosesi yekunlaşmışdır və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur.

Ən qısa müddət ərzində öz nəticələrinizlə tanış ola biləcəksiniz!