02.07.2020

Dərsliklərlə bağlı yeniliklər

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

Ətraflı
02.07.2020

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək. Məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir.

Ətraflı
01.07.2020

"Abituriyentlər üçün dərs vaxtı"nın 2 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  2 iyul cədvəlini təqdim edirik.   

Ətraflı
01.07.2020

Təhsil naziri Ceyhun Bayramovun Respublika fənn olimpiadalarının qaliblərinə təbriki

Əziz Respublika fənn olimpiadalarının qalibləri,

Sizi qazandığınız uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək təhsilinizdə sizə yeni nailiyyətlər arzu edirəm.

Ətraflı
01.07.2020

Respublika fənn olimpiadalarının qalibləri

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub. Olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Ətraflı
01.07.2020

BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

Ətraflı
01.07.2020

Buraxılış imtahanlarında yüksək nəticə göstərən paytaxt məktəbliləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. Belə ki, iyunun 10-u və 11-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 36 nömrəli tam orta məktəbin məzunu Çələbiyev Ayxan Elxan oğlu paytaxt üzrə ən yüksək nəticə göstərib. O, 297,7 bal toplayaraq Bakı şəhər birincisi olub. Bundan başqa, paytaxtdakı 57 nömrəli tam orta məktəbin məzunu Bulud Uğur Seyran oğlu və 178 nömrəli tam orta məktəbin məzunu İsmayılov Elmir Fuad oğlu 297,1 bal toplayıb.

Ətraflı
30.06.2020

Bakı məktəblisindən yeni sərinləndirici modeli

Paytaxt məktəblisi yeni sərinləndirici modeli hazırlayıb. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin IV sinif şagirdi David Mahmudovun hazırladığı model stolüstü sərinləndirmə funksiyasını yerinə yetirir. 

Ətraflı
30.06.2020

"Abituriyentlər üçün dərs vaxtı"nın 1 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 1 iyul cədvəlini təqdim edirik.   

Ətraflı
29.06.2020

Növbəti onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq

İyul ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq. Valideynlər mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetin “Əlaqə” bölməsi vasitəsilə iyunun 30-dək Apelyasiya komissiyasına müraciət edə bilərlər.

Ətraflı