04.09.2019

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Ətraflı
04.09.2019

Şagirdlərə dərsliklər paylanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılır. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-dək davam edəcək.

Ətraflı
03.09.2019

Yeni tədris ilinin ilk dərs məşğələləri

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Ətraflı
03.09.2019

Direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. 

Ətraflı
02.09.2019

Avqust ayında BŞTİ-yə 8 040 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Ətraflı
31.08.2019

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb.

Ətraflı
30.08.2019

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” başa çatıb

Avqustun 30-da “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə yekun vurulub.

Ətraflı
30.08.2019

Məktəbəhazırlıq qruplarına 17 377  uşaq qeydiyyatdan keçib

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 377 ərizənin onlayn qeydiyyatı (30.08.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb. 

Ətraflı
29.08.2019

Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda

“Təhsil” televiziyasının “Həftənin sualı” verilişində müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılır.

Ətraflı
29.08.2019

GÇH rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

Avqustun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. 

Ətraflı