31.07.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatır

İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə isə 56 bal qeydə alınıb.

Ətraflı
30.07.2018

“Yay məktəbi” - unudulmaz yay tətili

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə  təşkil edilən “Yay məktəbi” davam edir.

Ətraflı
30.07.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

İyulun 28-də fizika və texnologiya üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə isə 56 bal qeydə alınıb.

Ətraflı
29.07.2018

Şagirdlərimiz beynəlxalq olimpiadadan 3 medal qazanıblar

19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) məktəblilərimiz növbəti uğura imza atıblar. Azərbaycanı olimpiadada 4 şagirdimiz təmsil edib. 

Ətraflı
27.07.2018

Məktəb tətildə də maraqlıdır

Yayın qızmar günlərindən biridir. Yəni, məktəblərin boşalan, kimsəsizləşən, canlı, səsli-küylü vaxtlarının arxada qaldığı günlərdən biri. Xətai rayonundakı 95 nömrəli tam orta məktəb də kənardan bomboş görünür. Ancaq boş deyil. Burada məktəb həyatı davam edir: daha əyləncəli, daha yüksək əhvali-ruhiyyə ilə. Belə ki, iyul ayının ilk günlərindən burada “Məktəblinin dostu” layihəsinin yay məktəbi fəaliyyətə başlayıb. Bununla da 95 nömrəli təhsil müəssisəsi yay məktəbinin təşkil olunduğu 18 məktəbdən biri olub.

Ətraflı
27.07.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

İyulun 26-da Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, rus dili, fransız dili və musiqi üzrə imtahanlarda 2999 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə 59 bal, fransız dili üzrə 58 bal, Azərbaycan dili üzrə 57 bal, rus dili üzrə 56 bal, rus dili və ədəbiyyatı və musiqi üzrə isə 51 bal qeydə alınıb. 

Ətraflı
27.07.2018

“Təhsil avtobusu-2018” 2000 km səyahət edib

"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsi başa çatıb.

Ətraflı
26.07.2018

Uğurun növbəti uğuru

Paytaxt məktəblisi İtaliyada keçirilən “Özünü dünyaya göstər” adlı IV Beynəlxalq İncəsənət Festivalında qalib gəlib.

Ətraflı
25.07.2018

Məktəbəhazırlıq qruplarının təşkili qaydaları

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirmələri, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Ətraflı
25.07.2018

Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlara start verilib

İyulun 24-də riyaziyyat, informatika və təsviri incəsənət üzrə keçirilmiş test imtahanlarında 2883 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə riyaziyyat üzrə 56, informatika və təsviri incəsənət üzrə 55 bal qeydə alınıb.

Ətraflı