Açar söz: ümumi təhsil
Nəticə tapılıb: 293
17.04.2019

Avropa Gənclər Olimpiya Festivalına hazırlıq

Paytaxt məktəblərində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Ətraflı
16.04.2019

Türkiyəli qonaqlar xüsusi məktəbdə olub

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 268 nömrəli xüsusi məktəbdə olublar.

Ətraflı
15.04.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.  

Ətraflı
15.04.2019

Apelyasiya komissiyası fəaliyyətə başlayıb

Aprelin 15-dən 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan mübahisəli məsələlərin həlli ilə bağlı müraciətləri qeydə alınmış vətəndaşların cavablandırılması üçün Apelyasiya komissiyası fəaliyyətə başlayıb.

Ətraflı
12.04.2019

Təhsil naziri press brifinq keçirib

Aprelin 12-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair press brifinq keçirib.

Ətraflı
03.04.2019

Paytaxt məktəblərində Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 aprel-Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Ətraflı
02.04.2019

Müsahibə komissiyaları fəaliyyətə başlayıb

Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyaları fəaliyyətə başlayıb.

Ətraflı
01.04.2019

Müəllimlər üçün müsabiqəyə start verilib

Aprelin 1-dən respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilib.

15.03.2019

I sinfə qəbulla bağlı suallar cavablandırılır - CANLI YAYIM

Verilişdə I sinfə qəbulla bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətirilir.

Ətraflı
11.03.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.

Ətraflı
07.03.2019

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Ətraflı
07.03.2019

Bu il birinci sinfə qəbul prosesi necə keçiriləcək, hansı yeniliklər gözlənilir?

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini İlhamə Abdullayeva cavablandırır.

Ətraflı
04.03.2019

İsraildə STEM təhsili ilə bağlı təlim kursu

Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edir.

Ətraflı
02.03.2019

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib.

Ətraflı
18.02.2019

İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı

Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Ətraflı
11.02.2019

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start verilir

Fevralın 12-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi başlayır.

Ətraflı
07.02.2019

Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.

Ətraflı
04.02.2019

Direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.

Ətraflı
03.02.2019

Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib

Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.

Ətraflı
25.01.2019

Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır. 

Ətraflı
23.01.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.

Ətraflı
16.01.2019

Eksternat imtahanları başa çatıb

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların müsahibə mərhələsi başa çatıb.

Ətraflı
16.01.2019

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Ətraflı
28.12.2018

Paytaxt təhsili 2018-ci ildə…

              Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 765
Ətraflı
03.12.2018

Direktorların işə qəbulu üzrə müsahibəyə başlanılır

Dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ətraflı
23.11.2018

Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanı izləyiblər

Noyabrın 23-də ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə imtahanların keçirildiyi Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasına mediatur təşkil olunub.

Ətraflı
22.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar başlayıb

Noyabrın 22-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə başlanılıb. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edir.

Ətraflı
17.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

22-24 noyabr 2018-ci tarixlərində dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək. İmtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub.

Ətraflı
15.11.2018

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Ətraflı
02.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır

Noyabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbuluna start verilir. Bu proses noyabrın 9-dək davam edəcək.

 

Ətraflı