Sevinc Həmid qızı Rəsulova

Ümumi sektorun müdiri

 

Rəsulova Sevinc Həmid qızı 31 iyul 1967-ci ildə anadan olub.

1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1994-cü ildə başlayıb. 1994-1998-ci illərdə Bakı  şəhəri 8 nömrəli tam orta məktəbdə müəllim, 1998-2006-cı illərdə Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə müəllim, fənn metodbirləşmə sədri, direktor müavini vəzifələrində işləyib.

2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin üzvüdür.

2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantı olub, 2008-ci  ildə namizədlik dissertasiyasını müdafiə edərək Pedaqogika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.  

2014-cü ildən Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin Yeni Azərbaycan Partiyasının sədridir.

2014-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim kimi fəaliyyət göstərir.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası, Elmlər doktoru proqramı üzrə dissertantıdır.

Ümummilli lider Heydər Əliyevin 85-ci ildönümü  münasibətilə 2008-ci ildə “Əbədı  Prezident”   döş  nişanı  ilə, 2013-cü  ildə  Prezident İlham Əliyevin Azərbaycanın təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamına əsasən, ”Tərəqqi” medalı  ilə, 2016-cı ildə Avropa Elmi Cəmiyyətinin Rəyasət Heyətinin və Avropa Təbii Elmləri Akademiyasınıın birgə qərarı ilə Avropa Təbii Elmləri Akademiyasınıın “Şərəf” ordeni və “Leibniz, Gottfried Wilhelm” döş nişanı ilə təltif olunub.

25  elmi, 20  publisistik  məqalənin, “Ədəbiyyat dərslərində ifadəli oxu” adlı elmi-metodik, “İqtisadçı alim, muzeyşünas və publisist” adlı kitabların, 4 metodik vəsaitin, 1 dərs proqramının müəllifi, bir neçə elmi-metodik, publisistik, məktəb dərsliklərinin, bədii kitabların redaktoru və rəyçisidir.

Azərbaycan Respublikası Təhsil nazirinin 8 avqust 2006-cı il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.