Səccət Vəkil oğlu Mahmudov

Təminat və təchizat sektorunun müdiri

 

Mahmudov Səccət Vəkil oğlu 1988-ci ildə anadan olub.

2010-cu ildə Azərbaycan Kooperasiya Universitetinin Gömrük işinin təşkili fakültəsini İnzibati idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb.

2011-2015-ci illərdə “City Challange Baku” və “Baku World Challange” layihələrində təchizat üzrə koordinator vəzifəsində işləyib.

2015-2020-ci illərdə “Absheronhotelgroup” otellər şəbəkəsində təchizat üzrə mütəxəssis, nəzarətçi və mühasib vəzifələrində çalışıb.

2020-ci  ildən “Gabala Hospitality Group” otellər şəbəkəsində Mərkəzləşdirilmiş təchizat şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 24 may tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Ailəlidir, iki övladı var.