Fəaliyyət istiqamətləri
Fəaliyyətin əsaslandığı normativ-hüquqi aktları rəhbər tutaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi sektorunda işin təşkil edilməsi;
”DMSPro Elektron Sənəd Dövriyyəsi” proqramı vasitəsilə BŞTİ-nin kargüzarlıq fəaliyyətinin həyata keçirilməsi, İdarənin tabeliyindəki müəssisələrdə kargüzarlıq fəaliyyətinə nəzarətin təmin olunması;
Vətəndaş qəbulu, Telefon Məlumat Mərkəzi xidməti və vətəndaş müraciətlərinin cavablandırılması sahələri üzrə vətəndaşlarla iş istiqamətində fəaliyyətin həyata keçirilməsi;
BŞTİ və tabeliyindəki təhsil müəssisələrindən müvafiq qaydada təsdiq olunmuş statistik formalara uyğun hesabatların alınması;
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş strategiyalar, strateji yol xəritələri, konsepsiyalar, dövlət proqramları, tədbirlər, fəaliyyət planları və proqramlarının icrası ilə bağlı Təhsil Nazirliyinin müvafiq tədbirlər planlarında aidiyyəti məsələlər üzrə görülmüş işlərə dair hesabatların verilməsi;
Qanunvericiliklə müəyyən edilmiş, funksional fəaliyyətə uyğun istiqamətlərdə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi.