Məktəbdənkənar təhsil sahəsi üzrə işin təşkili
Məktəbdənkənar təhsil sahəsi üzrə işin təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) prioritet fəaliyyət istiqamətlərindən biridir. İdarə məktəbdənkənar təhsil sahəsi üzrə işlərin tənzimlənməsinə, təhsil müəssisələri tərəfindən məktəbdənkənar təhsil üzrə nəzərdə tutulan fəaliyyətin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirir.
Məktəbdənkənar təhsil sahəsi üzrə işin təşkili vəzifələrinə məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamətlər üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi, tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə təlimati sənədlərin işlənib hazırlanması, təsdiqinə nail olunması və digər öhdəliklərin yerinə yetirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıq potensialının daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişaflarının təmin edilməsi, zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə mexanizmlərinin daim təkmilləşdirilməsi və sair məsələlər daxildir.
BŞTİ məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, habelə müxtəlif sərgi, müsabiqə, aksiya və festivallarda, idman və bilik yarışlarında, bayram şənliklərində bilavasitə iştirakının sistemli şəkildə həyata keçirilməsini təmin edir.
BŞTİ-nin Fəaliyyət planına uyğun olaraq məktəblilərin milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli adət-ənənələrimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar əlamətdar günlərlə bağlı tədbirlər təşkil edilir, muharibə veteranları və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş yurddaşlarımızın ailə üzvləri ilə görüşlər keçirilir, tanınmış insanların yubileyləri təhsil müəssisələrində mütəmadi olaraq qeyd edilir.
BŞTİ-nin əmrlərinə əsasən, məktəblilərin ayrı-ayrı fənlərə olan marağının artırılması, həmin fənlər üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Bakı məktəbliləri arasında ənənəvi olaraq “Gənc fiziklərin, kimyaçıların, bioloqların yaradıcılıq müsabiqələri”, “Məktəblilərin yaradıcılıq işlərinin sərgi-müsabiqələri” keçirilir.
Fəaliyyət planına əsəsən, məktəbdənkənar fəaliyyətin təşkili, dərnək şəbəkəsinin genişləndirilməsi, şagirdlərin dərnəklərə daha fəal cəlb edilməsi, tərbiyə işinin möhkəmləndirilməsi, müasir təlim metodları və texnologiyaların məktəbdənkənar təhsil müəssisələrinin tədris prosesində tətbiqi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, qabaqcıl və yaradıcı işçilərin təcrübələrinin öyrənilməsi və yayılması ilə bağlı işlər aparılır.
Müxtəlif idman növləri üzrə Respublikanın daxilində və xarici ölkələrdə keçirilən yarışlarda gənc idmançıların iştitrakı təmin edilir.
Hazırda BŞTİ-nin tabeliyində 5 Uşaq-gənclər inkişaf mərkəzi (məktəbdənkənar təhsil müəssisəsi) fəaliyyət göstərir
Uşaq-gənclər inkişaf mərkəzlərində cari tədris ilində 33 dərnəkdə 9468 dərnək üzvünün təlim-tərbiyəsi ilə 318 pedaqoji işçi məşğul olur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-gənclər inkişaf mərkəzləri haqqında statistik məlumat
№ |
Müəssisənin adı |
Qrup sayı |
Uşaq sayı |
Pedaqoji işçi
|
1. |
4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi |
156 |
2250 |
65 |
2. |
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi |
136 |
2040 |
76 |
3. |
6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi |
133 |
1965 |
68 |
4. |
7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi |
106 |
1572 |
45 |
5. |
8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi |
122 |
1641 |
64 |
CƏMİ |
653 |
9468 |
318
|