25.08.2020

Liseylərin V siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 45 sualdan ibarət test tapşırığını yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak edib.

Şagirdlərin nəticələri gələn həftə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda cavabları müvafiq liseylərdən də öyrənmək mümkündür.


Açar sözlər: ,