16.01.2018

“Dövlət bayrağının  tarixi” mövzusunda səyyar mühazirələr 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir.

Səyyar mühazirələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Səyyar mühazirələrdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş

“Azərbaycan Xalq Cümhuriyyəti İli”, bayrağımızın  günümüzə qədər  keçdiyi tarixi yol və Azərbaycanın dövlət atributları haqqında  məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.

Qeyd edək ki, son 4 il ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 170-dən çox ümumi təhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.


Açar sözlər: ,  ,