Ümumi təhsil müəssisələri ilə işin təşkili

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri ilə işin təşkili məktəb fəaliyyətinin tədqiq edilməsi, təhlili, planlaşdırılması, ehtiyaclara uyğun proqramların həyata keçirilməsi istiqamətində fəaliyyətlərin təşkilinə dəstək verilməsi və nəzarət işinin təmin edilməsindən ibarətdir. 

Bu istiqamətin əsas məqsədi səmərəli məktəb idarəetməsi modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir edən tədbirlər, təhlil, şagird nəaliyyətlərinin davamlı izlənilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, icma ilə işin təşkili, inkişafetdirici layihə və tədbirlərin həyata keçirilməsi kimi fəaliyyətlərindən ibarətdir.