Fəaliyyət istiqamətləri

 

İdarənin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;

İdarənin hüquq və qanuni maraqlarının məhkəmə və məhkəmədənkənar müdafiə edilməsi;

Hüquqi məsələlərlə bağlı müxtəlif dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə BŞTİ-nin təmsil edilməsi;

İdarənin strukturuna daxil olan qurumların əsasnamələrinin və struktura daxil olmayan tabeliyindəki müəssisələrin nizamnamələrinin, digər təsis sənədlərinin layihələrinin, habelə mövcud təsis sənədlərinə dəyişikliklərin layihələrinin yoxlanılması, rəy verilməsi, qeyd olunan sənədlərin təsdiq olunması və dövlət qeydiyyatına alınması üçün tədbirlərin görülməsi;

İdarənin strukturuna daxil olan qurumlar və tabeliyindəki müəssisələrdə qanuna riayət olunması, hüquqi təminat işlərinin vəziyyətinin təhlil edilməsi, bu işlərin təkmilləşdirilməsinə və səmərəli təşkil edilməsinə dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi;

İdarə daxilində hazırlanmış aktların hüquqi ekspertizasının həyata keçirilməsi və tələb olunan hallarda bununla bağlı rəy verilməsi;

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı İdarə daxilində hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və rəy verilməsi;

İdarənin bağladığı müqavilələrin layihələrinin hazırlanmasında iştirak edilməsi, daxil olmuş müqavilələrin hüquqi ekspertizasını həyata keçirilməsi və bununla bağlı rəy verilməsi;

İdarənin fəаliyyəti ilə əlаqədаr qanunvericiliкdə bаş vеrən dəyişikliklərə dair struкtura daxil olan qurumların və tabelikdəki müəssisələrin müraciəti olduqda məlumatlandırıcı, izahedici arayışların verilməsi.