“Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Zərdabi” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. İbtidai sinif şagirdlərinin oxuyub–anlama bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Zərdabi” layihəsinə cəlb olunacaq ümumtəhsil müəssisələrinin siyahısının təsdiq edilməsi nəzərə alınsın.

3.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (L.Şərəfxanovaya) tapşırılsın:

3.1 Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan və “Zərdabi” layihəsinə cəlb edilən 115 məktəbin fəal iştirakını təmin etsin (siyahı əlavə olunur);

3.2 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün məktəbləri  məzmunla bağlı tədris resursları ilə  (31300 kitabça) təmin etsin;

4.Təminat və təhcizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin;

5.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

6.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumatların BŞTİ-nin saytında yerləşdirilməsini təmin etsin. 

7.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevaya həvalə edilsin.

 

Əsas: “Zərdabi” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 20.10.2015-ci il tarixli 1014 nömrəli əmri.

 

Nazir müavini, Bakı Şəhəri

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

04 noyabr 2015 – ci il

№ 277

 


 

Əlavə: “Zərdabi–ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinə cəlb olunmuş ümumi təhsil müəssisələrinin siyahısı