Mediaturlar
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın təhsil həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması işinin səmərəliliyini artırmaq məqsədilə vaxtaşırı mediaturlar təşkil edir.
BŞTİ-nin təşkil etdiyi mediaturlar zamanı bilik yarışları və paytaxt məktəblərindəki yeniliklər ictimaiyyət nümayəndələri və KİV tərəfindən izlənilir, cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirilir.
Mediaturlar cəmiyyətin obyektiv şəkildə məlumatlandırılması, ictimai fikrin formalaşdırılması, şəffaflığın və ictimai nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.