Layihələr və müsabiqələr 

 

Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri ilə işin təşkili istiqamətlərindən biri də inkişafyönümlü layihə  və müsabiqələrin  həyata  keçirilməsidir.

Layihə və müsabiqələr təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, məktəb-valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi, şagirdlərin təlimə marağının artırılması, fənlər və müxtəlif sahələr üzrə bilik, bacarıq və qabiliyyətlərinin inkişafı, istedadlı məktəblilərin ictimaiyyətə tanıdılması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm  əhəmiyyət kəsb edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planına  uyğun  olaraq, ümumi təhsil müəssisələrində layihə və müsabiqələr 3 istiqamətdə təşkil olunur:

1.Təhlil nəticələrinə əsasən və innovativ yanaşmaları özündə əks edirən layihələr və müsabiqələr;

2.İstedadlı uşaqlarla işin təşkili istiqamətində həyata keçirilən layihələr və müsabiqələr;  

3.Dövlət Proqramlarının icrası istiqamətində təşkil edilən layihə və müsabiqələr.