“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 16-da paytaxtdakı İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Dövlət Mükafatı laureatı Alim Qasımov olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.