Fəaliyyət istiqamətləri
Məktəbəqədər təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin təşkil edilməsi;
Məktəbəqədər təhsil haqqında qanunvericilikdən və digər hüquqi-normativ aktlardan irəli gələn müvafiq vəzifələrin yerinə yetirilməsi;
Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin və inkişafının müasir tələblərə uyğun təşkil edilməsi;
Məktəbəqədər təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinin təmin edilməsi və müvafiq standartlara uyğun təşkilinə nəzarət olunması;
Məktəbəqədər təhsilin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələrin həyata keçirilməsi;
Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlərin görülməsi;
Məktəbəqədər təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelinin formalaşdırılması və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadənin təmin edilməsi;
Təhsil proqramları vasitəsilə təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və səriştələrin aşılanmasının təmin edilməsi;
Təhsilverənlərin peşəkarlığının davamlı şəkildə inkişaf etdirilməsi işinin təşkil edilməsi;
Təlim-tərbiyə prosesinə cəlb olunanların milli-mənəvi dəyərlər, vətənpərvərlik və azərbaycançılıq ideyaları ruhunda tərbiyə olunması istiqamətində tədbirlərin görülməsi;
Dövlət qurumları və vətəndaşlardan daxil olan müraciətlərə baxılması, müvafiq araşdırılmaların aparılması və cavablandırılması.