Fəaliyyət istiqamətləri
Ümumi təhsil müəssisələrində aparılan təhlil nəticələrinə əsasən ehtiyaclara uyğun inkişafyönümlü və innovativ yanaşmaları əks etdirən layihələrin hazırlanması;
İstedadlı uşaqlarla işin təşkili istiqamətində layihələrin hazırlanması;
Dövlət Proqramlarının icrası istiqamətində layihələrin hazırlanması;
Müəllim, valideyn, şagird münasibətlərinin və məktəb mühitinin inkişafını əhatə edən layihələrin hazırlanması və bu sahədə əlaqələndirmə işinin təşkili;
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində icrasına nəzarətin təşkili və koordinasiyanın aparılması;
Layihələrin icra mexanizmi ilə bağlı müvafiq metodların təklif edilməsi;
Dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və vətəndaşlardan daxil olan layihə və təkliflərin dəyərləndirilməsi sahəsində müvafiq işlərin həyata keçirilməsi;
Ümumi təhsil müəssisələrinin inkişaf perspektivlərini və həmin müəssisələrdə müvafiq layihələr üzrə həyata keçirilən tədbirlərin təhlilinin aparılması;
Təhsilin inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi işinin təşkili;
Təhsilin inkişafı üçün qrantlar, texniki yardımlar, habelə investisiya layihələrinin cəlbi ilə bağlı təkliflərin hazırlanması və tədbirlərin görülməsi;
Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onlara mentorluq dəstəyi üçün müvafiq tədbirlərin koordinasiya edilməsi, təkliflərin verilməsi;
Təhsil müəssisələrində nəticəyönümlü və şəffaf idarəetmə modelinin yaradılması istiqamətində təkliflərin verilməsi.