Beynəlxalq olimpiadalar 

 

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları, fənn müsabiqələri və beynəlxalq fənn olimpiadaları müstəsna rol oynayır. Burada əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, bilklərə marağı artırmaq və özünə inam hisslərini göcləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək lə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadaların hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən bir sıra tədbirlər həyata keçirilir. Ayrı-ayrı fənn müsabiqələri və respublika fənn olimpiadalarından qalib gələn və seçilən şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması istiqamətində məqsədyönlü fəaliyyətlər həyata keçirilir.