Müsabiqələr
İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında məktəblilər arasında keçirilən müsabiqələrin və olimpiadaların müstəsna rolu vardır.
Hər il təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Respublika fənn olimpiadaları, fənn müsabiqələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə və ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu üzrə müsabiqələr (tədrisi digər dillərdə aparılan bölmələr üzrə) buna misal ola bilər.
Burada əsas məqsəd şagirdlərin keyfiyyətli təhsil almasını təmin etmək, onlarda elmə marağı artırmaq və özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəbliləri aşkara çıxarmaq, həmçinin şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.