Müsabiqələr 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı”, “Sağlam təhsil mühiti - kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” adlı müsabiqələr və “Valideyn-müəllim-şagird üçbucağı” - sosial media layihəsi həyata keçirilir.

Təhsil müəssisələrinin saytları və sosial şəbəkə səhifələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin sağlam təhsil mühitinin təşkili istiqamətində görülən işlərin təbliğ edilməsi və ictimaiyyətə çatdırılması məqsədilə keçirilən layihə və müsabiqələrin qalibləri müvafiq meyarlara əsasən müəyyən olunur.

Təşkil olunan layihə və müsabiqələr üzrə qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.