Fəaliyyət istiqamətləri

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarətin həyata keçirilməsi;

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən zəruri məlumatların əldə edilməsi, həmin müəssisələrdə monitorinq və təhlillər aparılması, müvafiq təkliflərin verilməsi;

Məktəbin, sinfin idarəedilməsi prosesinin keyfiyyətli təşkil olunmasına nəzarət edilməsi və prosesin təkmilləşdirilməsi üzrə təkliflər verilməsi;

Məktəbdaxili qiymətləndirmə, öyrətmə və öyrənmə prosesinin keyfiyyətli təşkil olunmasına nəzarət edilməsi və qeyd edilənlərin təkmilləşdirilməsinə dair təkliflər verilməsi;

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin inkişaf perspektivlərinin təhlil edilməsi, onların inkişaf dinamikasının və geriləmə səbəblərinin araşdırılması, analitik təhlillərə əsaslanan təkliflər hazırlanması və tətbiq mexanizmlərinə dair təkliflərin irəli sürülməsi.