Fəaliyyət istiqamətləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və İdarənin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyəti barədə zəruri informasiyaların ictimaiyyətə çatdırılması;
BŞTİ-nin Kütləvi İnformasiya Vasitələri (KİV) ilə səmərəli əlaqələrinin təşkil edilməsi, bu məqsədlə müvafiq təklif və təşəbbüslərlərin irəli sürülməsi;
BŞTİ-nin fəaliyyəti sahəsində müvafiq hüquqi-normativ sənədlərin məzmununun ictimaiyyətə daha dolğun çatdırılması və onların izahı ilə əlaqədar təbliğat işinin təşkil edilməsi;
BŞTİ-nin rəsmi internet saytının və sosial şəbəkələrdəki səhifələrinin zəruri məlumatlarla təmin edilməsi;
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin müsbət və təqdirəlayiq təcrübəsinin, İdarənin mövqeyinin KİV-də təbliğinin təşkil edilməsi;
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində həyata keçirilən islahat və yeniliklərlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaq üçün press-relizlərin yayılması, mətbuat konfransları, brifinqlər və mediaturların keçirilməsi;
BŞTİ rəhbərliyinin, əməkdaşlarının, təhsil işçilərinin yazılı və elektron KİV-də, televiziya və radioda çıxışlarının təşkil edilməsi;
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarının fəaliyyətinə nəzarət edilməsi və müvafiq təlimatların verilməsi;
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ictimaiyyətlə əlaqə işinin səmərəliliyini artırmaq məqsədilə təhsil müəssisələrinin rəhbərləri və informasiya mübadiləsinə məsul şəxslər üçün təlim və seminarların təşkil edilməsi;
BŞTİ-yə KİV-dən daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
BŞTİ-nin ictimaiyyətlə əlaqələr istiqamətində Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət təşkilatlarında təmsil edilməsi, danışıqlarda iştirak edilməsi, yazışmaların aparılması;
Dövlət qurumları, QHT və vətəndaşlardan ictimaiyyətlə əlaqələrlə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi sahəsində müvafiq işlərin həyata keçirilməsi;
BŞTİ-nin fəaliyyətinin ictimaiyyətə çatdırılması və KİV-lə əlaqələrin genişləndirilməsinə dair normativ sənədlərin hazırlanması və bu istiqamətdə müvafiq təşəbbüslərin irəli sürülməsi.