28.04.2016

Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək

Bakı  Şəhəri üzrə Təhsil  İdarəsi tərəfindən  194 nömrəli tam orta məktəbdə  6-7 may 2016-cı il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş Bakı şəhər  məktəblilərinin yaradıcılıq sərgisi təşkil olunacaqdır.

Sərgidə yaradıcı məktəblilərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika və fauna, elmi texniki, dizayn sahəsində əl işləri sərgilənəcəkdir.

Bacarıqlı  uşaqların  dünyasına   Siz də qoşulmaq  istəyirsinizsə  6-7 may (14:00-19:00) 2016-cı il  tarixlərində  Bakı şəhəri 194 nömrəli tam orta məktəbdə  sərgidə iştirak edərək  yaradıcı gənclərə dəstək olun.