13.05.2016

“Məktəbini tanıt” adlı videoçarx müsabiqəsi keçiriləcəkdir

“Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində Məktəb icmalarının bütün iştirakçıları üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı müsabiqə elan edib.

11-31 may 2016-cı il tarixlərində keçiriləcək məktəblərarası “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəbləri iştirak edəcəkdir.

5 nominasiya üzrə elan olunan müsabiqədə hazırlanılan videçarxlar 31 may tarixədək Community.az portalında yerləşdirilməlidir.

Müsabiqənin yekununda hər nominasiya üzrə qaliblərin mükafatlandırma mərasimi keçiriləcəkdir. 


Açar sözlər: ,  ,