18.05.2016

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin növbəti – müsahibə mərhələsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir.

Müsabiqədə iştirak etmək istəyən 393 müəllim 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə  miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş və 12.05.2016-cı il tarixədək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etmişlər.

Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılmışlar.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi 14.05.2016-cı il tarixdə, saat 09:00 və 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında (Həsən Əliyev 135, Gənclik korpusu)  təşkil edilmişdir. Test imtahanında 288 nəfər iştirak etmişdir. Test imtahanının nəticələrinə əsasən 176 nəfər Müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi 19.05.2016-cı il tarixdə, saat 14:00 və 15:30-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 6 ünvanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında) yerləşən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcəkdir. Müsahibə mərhələsində iştirak edəcək müəllimlər aşağıda əlavə edilən cədvəllər üzrə müəyyən edilmiş vaxtda təyinat məntəqəsində olmalıdırlar.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilmiş, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilmişdir.

Qeyd edək ki, müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

 

Əlaqə nömrələri:

(012) 599-12-22 (60-28)

(055) 336-36-39

 


 

Yerdəyişmə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək müəllimlərin siyahısı 19.05.2016- 14:00

 

Yerdəyişmə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək müəllimlərin siyahısı-19.05.2016-15:30

 


Açar sözlər: ,  ,