18.10.2016

Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul 

Oktyabrın 21-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Paytaxtdakı 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.