03.04.2017

Könüllü əsaslarla işləmək istəyənlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Maraqlananlardan tərcümeyi hallarını 18 aprel 2017-ci il tarixinədək konullu@baku.edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

  • Ümumi təhsil sektoru
  • İnsan resursları sektoru
  • İnformasiya təminatı sektoru
  • İnkişaf layihələri sektoru
  • Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri
  • Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
  • İctimaiyyətlə əlaqələr sektoru
  • Hüquq sektoru
  • Təminat və təchizat sektoru
  • Ümumi sektor
  • Təlimə Dəstək Mərkəzi

Qeyd edək ki 3 ay müddətində könüllü kimi fəaliyyət göstərib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən arayış veriləcək.

 

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)