03.04.2017

Eksternat imtahanları keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  3-5 may tarixlərində saat  10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

 

1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;

2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

 

Qeyd: Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 21.02.2012-ci il tarixli, 242 nömrəli ”Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”ın I bəndinə əsasən bu qaydalar yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.