06.10.2017

Könüllü əsaslarla işləmək istəyənlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Maraqlananlardan tərcümeyi hallarını 20 oktyabr 2017-ci il tarixinədək konullu@baku.edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.

 

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

 

Ümumi təhsil sektoru

İnsan resursları sektoru

İnformasiya təminatı sektoru

İnkişaf layihələri sektoru

Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri

Məktəbdənkənar fəaliyyətin təşkili sektoru

İctimaiyyətlə əlaqələr sektoru

Hüquq sektoru

Təminat və təchizat sektoru

Ümumi sektor

Təlimə Dəstək Mərkəzi

 

Qeyd edək ki 3 ay müddətində könüllü kimi uğurla fəaliyyət göstərən gənclərin hər birinə BŞTİ tərəfindən arayış veriləcək.

 

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6111, 6114)