24.10.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların)  işə qəbulunu həyata keçirmək məqsədilə müsabiqə elan edir.

 

Müsabiqədə iştirak üçün minimum tələblər:

 

  • Pedaqoji və ya idarəetmə üzrə ali təhsil
  • 5 (beş) il pedaqoji iş təcrübəsi, elmi dərəcəsi olduqda 3 (üç) il
  • Təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatlar
  • Mentorluq sertifikatı (arzu olunandır)

 

Namizədlərdən gözlənilən bacarıqlar:

 

  • Təlimçi bacarığı
  • Mentorluq və komandada işləmə bacarığı
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Tədqiqatçılıq və təhlil bacarığı
  • İKT-dən istifadə bacarığı
  • Xarici dil bilikləri (üstünlük verilir)

 

Müraciət qaydası:

 

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, tdm@baku.edu.gov.az  elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

 

Müraciət üçün son tarix: 28 Oktyabr 2017-сi il.

 

Seçim qaydaları:

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (tdm@baku.edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər.

Növbəti mərhələdə namizədlərin müxtəlif istiqamətlər üzrə elmi və praktik bilik və bacarıqları test yoxlaması (imtahan) vasitəsilə qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.                

 

Ərizə forması