21.02.2018

Kotirovka sorğusunun nəticələrinə dair bildiriş

Birinci sinifə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi ilə əlaqədar  müraciət  edən  vətəndaşlara  məlumatların  operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsilə məlumatlandırma xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Softline Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 21 fevral 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.