Bakı Şəhəri üzrə Təhsil İdarəsi VI Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
VI Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən tərcümeyi hallarını 2-26 mart 2018-ci il tarixlərində konullu@baku.edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.
Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:
Qeyd edək ki 3 ay müddətində könüllü kimi uğurla fəaliyyət göstərən gənclərin hər birinə BŞTİ tərəfindən arayış veriləcək.
Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6111, 6114)