10.12.2018

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 7-8 yanvar 2019-cu il tarixində eksternat qaydasında imtahan keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 27-28 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunması vacibdir.