23.01.2019

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işə qəbul  üzrə müsabiqə elan edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər http://musabiqe.baku.edu.az/  portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat müddəti 23.01.2019-cu il tarixdə başlamaqla, 15 təqvim günü ərzində davam edəcək və 07.02.2019-cu il tarixdə saat 23:59-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 

Qeyd: Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər oluna bilər.

 

 

Əlaqə üçün:

Telefon: (012) 599 12 22 (daxili: 6022, 6025, 6028)

Elektron poçt: musabiqe@baku.edu.gov.az